
Dünya Çempionatı-2022 çərçivəsində keçirilən Kanada-Mərakeş oyununu şərh edən Alper Bakırcıgil fasilə vaxtı efirdən kənarlaşdırlıb.
Gununsesi.info-nun Türkiyə mediasınaa istinadən verdiyi xəbərə görə, buna səbəb aparıcının Mərakeş komandasının oyunun 4-cü dəqiqəsində vurduğu qol zamanı “Dünya Çempionatı tarixində ən erkən qolu Hakan Şükür vurub” deməsi olub.
Hakan Şükür əvvəllər AKP-dən deputat olsa da, Fətullah Gülən camaatı ilə işbirliyində günahlandırıldığı üçün ABŞ-a mühacirət etməyə məcbur olub.
Bundan sonra Türkiyədə efirlərdə onun adını çəkmək de-fakto qadağa olunub.
Günay

Gununsesi.info