
Noyabrda iki gün iş olmayacaq.
Gununsesi.info xəbər verir ki, bu ölkədəki əlamətdar günlərlə bağlıdır. Belə ki 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən həmin günlər iş günü hesab edilmir.
Gununsesi.info