
Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.
Gununsesi.info xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.
Gununsesi.info