
“Almaniya təkcə başqalarının xahişlərini rəhbər tutmamalı, həm də öz təhlükəsizliyini təmin etməlidir. “
Gununsesi.info xəbər verir ki, Bundestaqda çıxışı zamanı Almaniya kansleri Olaf Şolz deyib.
O bildirib ki, “Almaniyadan Ukraynaya mülki və hərbi yardım 16,8 milyard avro təşkil edir. Biz dəstək baxımından ABŞ-dan sonra ikinciyik”.
Olaf Şolz əlavə edib ki, Qərb Kiyevi “Hazırda lazım olanı” – tanklar, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları ilə təmin edir. Nazirlər Kabinetinin rəhbəri bu kontekstdə Kiyevin Qərbdən almaq istədiyi döyüş təyyarələrini qeyd etməyib.
“Lakin bu, təkcə başqalarının bizdən gözləntiləri ilə bağlı deyil. Bu, həm də bu çətin dövrlərdə öz maraqlarımızı, azadlığımızı və rifahımızı qorumaqla bağlıdır” deyə Şolz bildirib.
Tərcümə
Şəbnəm
Gununsesi.info