Bu avtobuslarla çimərliyə gedə biləcəksiniz - Siyahı

Yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun 15-dən çimərlik ərazilərinə təşkil edilib.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

HTML tutorial

Dəyişikliyə əsasən, dəyişiklik aşağıdakı çimərlikləri əhatə edir:

– 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

– 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

– 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;

– 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

– 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.

 

 

Gununsesi.info