Yaxşılıq bir seçimdir

Analar övladlarının qoruyucu mələkləridir. Hansı yaşda olursa, olsun, onun isti nəfəsidir övladı ayaqda saxlayan T. Ələkbərova anamızın başında olan şiş səbəbindən kəskin ağrıları olur, şah damarın altına maye toplanır və ayaqları tutulur. Müalicəsinə zəruri olan dərman preparatlarını təmin etmək üçün qızı G. Ələkbərova illərdir öz övladlıq borcunu təkbaşına bacardığı kimi yerinə yetirir. O, təmizlik işçisi olaraq çalışır, kirayələdiyi 1 otaqlı mənzildə rəhmətlik bacısının övladına və öz azyaşlı qızına baxır. Hazırda zərif çiyinlərinə düşən maddi yükü daşımaq daha da çətinləşib, qəlbi geniş insanların imkanı daxilində edə biləcəyi yardıma ehtiyacı var.

HTML tutorial

 

Gununsesi.info