Mübariz Mənsimov atasının dəfninə gedənlərə belə təşəkkür etdi

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası dünən Bakıda torpağa tapşırılıb. Qeyd edək ki, Mübariz Mənsimovun üzərində şərti cəza olduğundan o, Bakıda dəfnə qatıla bilməyib. Bununla belə, Mübariz Mənsimov atasının dəfninə gələnlərə təşəkkürünü bildirib.

“Əzizlərim. Mən atamı yola saldım. Dünəndən bugünə qədər telefonuma saysız-hesabsız zənglər və mesajlar gəlir. Hamınız başsağlığı verir, səbrli olmağımı diləyirsiniz. Bu ağrının nə olduğunu atasını itirənlər bilər…Əzizlərim, diqqətinizə, qayğınıza görə təşəkkür edirəm. Yanımda olan, mənə dəstək verən və səbr diləyən hər birinizə təşəkkür edirəm. Mən gələ bilmədim, amma siz oradaydınız. Ziyalısından tutmuş tələbəsinə qədər. Şəhid ana və ataları, qarşınızda baş əyirəm… Ailəmi yalnız buraxmadığınıza görə, atamı son mənzilə yola saldığınıza görə dərin minnətdaram.”

HTML tutorial

 

 

Şəbnəm

Gununsesi.info