
Çəkişmə yaradan yeni bir çalışma kosmosun genişləməsinin bir “ilğım” ola biləcəyini önə sürür.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni nəzəriyyə İsveçrədəki Cenevrə Universitetinin fizika professoru Lucas Lombriserin qələmə aldığı “Classical and Quantum Gravity” (Klassik və Kvant Cazibəsi) adlı elmi dərgidə yayımlanan bir məqalədə açıqlanıb.
Teorik fiziklər kainatın 13 milyard il öncə yarandığını ehtimal edən Böyük Partlamadan bəri genişlədiyini düşünürlər.
Kainatın gedərək genişlədiyini bildirən elm adamları bu böyüməni qırmızı sürüşmə adı verilən və müşahidə edilə bilən bir fenomenə əsaslandırır.
Dünyadan uzaqlaşdıqca o nəsnənin yaydığı işığın dala boyu işıq spektriumunun daha qırmızı olan ucuna doğru uzanır. Bu duruma qırmızıya doğru sürüşmə adı verilir.
Tərcümə: Arzu