Ərdoğanın Bakıya gətirdiyi komandasında kimlər var? – Kəşfiyyat rəhbəri, Müdafiə Naziri…

  • By arzu
  • 13 İyun 2023 07:39

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə saatlarında Bakıya gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, Şimali Kipr Türk Cümhuriyyətinin ardından Azərbaycana gələn Ərdoğan özü ilə birlikdə bir çox nazirləri də gətirib.

HTML tutorial

Həmin rəsmilər arasında 4 nazir, iki başqan və Prezidentin Mətbuat Ofisinin rəhbərləri var. Onlar kəşfiyyat üzrə MİT Başqanı (Milli İstihbarat Teşkilatı) İbrahim Kalın, Milli Müdafiə Naziri Yaşar Güler, Müdafiə Sənayesi Naziri Haluk Görgün, Xarici İşlər Naziri Hakan Fidan, Prezidentin Mətbuat Ofisinin başçısı Fahrettin Altun, Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Enerji və Təbii Qaynaqlar Naziri Alparslan Bayraktar, AK Partiya Sədrinin müavini və Partiya Sözcüsü Ömer Çelikdir.

Ərdoğanı Bakıda Baş nazirin müavini Yaqub Eyyubov, XİN-in müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı qarşılayıblar.

Tərcümə: Arzu

Gununsesi.info