Avropa Ədalət Məhkəməsi rusiyalı milyaderlərə rədd cavabı verdi

Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi üç rusiyalı milyarderin onlara qarşı sanksiyaların götürülməsi tələbini rədd edib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, məhkəmə Boru Metallurgiya Şirkətinin keçmiş sahibi Dmitri Pumpyanskinin ( sərvətini 1,7 milyard dollar ), həyat yoldaşı Qalina və oğlu Aleksandrın şikayətlərinə baxmayıb.

“Cənab Pumpyanski Ukraynaya hərbi hücumda birbaşa rol oynamasa da, o, iqtisadiyyatın Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyini təmsil edən sektorlarında iştirak edir”.

Eyni zamanda milyarder Gennadi Timçenkonun (sərvəti 18,5 milyard dollar) və həyat yoldaşı Yelenanın iddiaları rədd edilib. Timçenko məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, 1 milyon avro təzminat tələb edib.

Məhkəmə 2020-ci ildə saxtalaşdırılmış prezident seçkilərindən sonra Belarus prezidenti Aleksandr Lukaşenkonu dəstəklədiyinə görə qara siyahıya salınmış milyarder Mixail Qutseriyevə (sərvəti 3,5 milyard dollar ) qarşı sanksiyaların ləğvi məsələsinə də baxmaqdan imtina edib.

Bundan əlavə, “Yandeks”in keçmiş idarəedici direktoru Tiqran Xudaverdyanın sanksiyaların ləğvi ilə bağlı iddiasına baxılmayıb. O, Aİ-nın məhdudiyyətlərin tətbiqi üçün verdiyi əsasların “kafi və onları dəstəkləmək üçün etibarlı sübutların olmadığını” israr edib.

Bildirilir ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müdaxiləsindən sonra Aİ 1800 rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyaya məruz qalan şəxslərin Aİ-na daxil olması da qadağandır.

Qeyd edək ki, ötən il Rusiya və Belarusdan olan 60-dan çox sahibkar və şirkət Aİ-nın sanksiyalar siyahısına daxil edilməsinə etiraz etmək üçün Lüksemburqdakı Avropa Məhkəməsinə iddia qaldırıb.

Onlar hesab edirlər ki, onların fundamental hüquqları pozulub və Avropadakı aktivləri qanunsuz olaraq dondurulub.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info