
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Amerikaya çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Komissiyasının üzvü Oliver Varhelyi ilə ortaq mətbuat toplantısı keçirən Fidan Suriyanın Deyrizor şəhərində yaşanan olaylardan sonra YPG Terror Təşkilatının ərəbləri basqı və zülm altına almasından danışıb.
“Ərəb icmalarının YPG-yə qarşı başqaldırmaları proqnozlaşdırılan bir xüsusdur. YPG-nin qanuni bir qüvvə kimi göstərilməsinə son qoyulmalıdır. Yoxsa, toqquşmalar yalnız bir başlağıc olacaq”.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan açıqlamasında Suriyadakı xalqların olduqları yerdə yaşamalı olmasının ölkəsinin Suriya siyasətinin önəmli bir ünsürü olduğunu vurğulayıb.
“Kimsə torpağından sürgün edilməməli və başqasının boyunduruğu altına girməməlidir. Yəni, ərəblərin, türkmənlərin, kürdlərin olduqları yerlərdə yaşaması önəmlidir. Fəqət Amerikanın dəstəklədiyi YPG-nin ərəb torpaqlarını işğal edərək onları boyunduruq altına alması nəticəsində bu cür toqquşmaların olacağını proqnozlaşdırırdıq. Əfsuslar ki, bunlar uzun müddətdə iki xalq arasında qan davasına dönüşəcək nəticələri də özü ilə birlikdə gətirməkdədir.YPG/PKK terror təşkilatı bir gün ortadan qaldırılacaq. Ancaq həm Amerika, həm də YPG-nin kürdlər və ərəblər arasında əkdikləri fitnə toxumlarının sağaldılması uzun illər çəkəcək. Buradan Amerikaya və digər aidiyyatı olan dövlətlərə təkrar səslənirik: Bölgədə ərəblərin basqı altına alınması siyasətinə son qoyulmalıdır. Yoxsa, bölgəmizdə daha təhlükəli ssenariləri proqnozlaşdırmaq qaçılmazdır. Həm sərhəd təhlükəsizliyimizlə bağlı, həm dost ünsürlərimizin təhlükəsizliyi ilə bağlı hər cür tədbiri alırıq. Yaşanan toqquşmaları yaxından izləyirik”.
Tərcümə: Arzu