
Misir Prezidenti Əbdülfəttah Sissi Qahirəyə ilk dəfə səfər edən Yaponiyanın Xarici İşlər Naziri Hayaşi Yoşimasanı qəbul edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sissi-Yoşimasa görüşündə Fələstin problemi müzakirə edilib.
Paytaxt Qahirədə keçirilən dialoq zamanı Sissi və yapon XİN başçısı Fələstin məsələsində hər iki tərəfin ədalətli və əhatəli bir həllə qovuşmaq üçün cəhdlərin lazım olduğunu vurğulayıb.
Görüşdə Rusiya-Ukrayna savaşı və regional məsələlər müzakirə edilib.
İordaniya ziyarətini tamamladıqdan sonra Misirə səfərə gələn Yaponiyanın XİN başçısı Hayaşi Yoşimasa vəzifəyə gəldiyi gündən bəri ilk dəfədir ki, bu ölkəyə təşrif buyurur.
Misir Prezidenti Əbdülfəttah Sissi və Yaponiyanın Xarici İşlər Naziri Hayaşi Yoşimasa Rusiya-Ukrayna böhranını və regional mövzuları müzakirə ediblər.
Xatırladaq ki, Misir və Yaponiya aprel ayında “münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çıxarıldığını” açıqlamışdılar.
Tərcümə: Arzu