
Prezident Co Baydeni hədələyən şəxs FTB-nin reydində öldürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da sosial şəbəkədə prezident Co Baydeni təhdid edən Kreyq Robertson adlı şəxs FTB-nin onun evinə basqın zamanı öldürülüb.
Hadisə Baydenin ştata planlaşdırılan səfərindən bir neçə saat əvvəl, FTB agentləri Robertsonun Yuta ştatındakı evində həbs qərarı verərkən baş verib.
Bildirilir ki, FTB hadisə ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Robertson öz Facebook hesabında prezident Baydeni və keçmiş prezident Donald Trampa qarşı ittihamlar səsləndirən Manhetten dairəsinin vəkili Alvin Braqqı öldürməklə hədələyib.
Tərcümə
Şəbnəm
Gununsesi.info