Yaponiya parlamentinin ardınca baş nazir və hökumət üzvləri koronavirus pandemiyasından əziyyət çəkən xalqla həmrəylik nümayiş etdirmək qərarına gəliblər. Baş nazir Sindzo Abe öz əmək haqqı və mükafatlarının 30 faizini xəzinəyə qaytaracaq. Hökumətin digər üzvləri isə vəzifə maaşlarının 20 faizindən keçirlər.
Bununla bağlı məlumatı jurnalistlərə hökumət kabinetinin baş katibi Yosihide Suqa açıqlayıb. Onun sözlərinə görə, Yaponiya nazirləri zərərçəkən xalqla həmrəyliklərini bu yolla çatdırmağa çalışırlar.
Xatırladaq ki, aprelin 14-də eyni addımı Yaponiya parlamentinin hər iki palatasının deputatları atıblar. Onlar 6 ay byunca maaşlarının 20 faizini pandemiyadan zərərçəkən əhaliyə paylanmaq üçün ayırıblar
COMMENTS