Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycana təşəkkür edirb.
Gununsesi.org xəbər verir ki, gürcü nazir öz Twitter hesabında etdiyi paylaşımında Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiyasına istinad edərək bunları yazıb:”Gürcüstan bayrağının rəngləri ilə Heydər Əliyev meydanını aydınladaraq bizə güclü dəstək mesajı göndərdiyiniz üçün sizə təşəkkür edirik. Zəfər qazanmaq üçün yardım əllərini bir-birinə uzatmaqdan daha yaxşı bir yolu yoxdur”.
Qeyd edək ki, ötən gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiya olunub.
Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş etdirilib.
Xatırladaq ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur.
Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.
Arzu
COMMENTS