İsrail prezidenti Nazirlər Kabinetini formalalaşdırmağı Knessetə tapşırıb

İsrail prezidenti Nazirlər Kabinetini formalalaşdırmağı Knessetə tapşırıb

İsrail prezidenti Reuven Rivlin martın 2-də keçirilən seçkilərin nəticələrinə əsasən, hökumət koalisiyasının qurulmasını Knessetə həvalə edib. Nazirlər kabinetinin formlaşdırılması üçün “Kahol-Lavan” partiyasının lideri və parlamentin spikeri Beni Hansa verilən vaxt aprelin 16-da gecə yarısı başa çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə İsrail Prezidenti Reuven Rivlin özünün “Twitter” səhifəsində yazıb. “Bu gün səhər saatlarında Knesset spikerinə hökumətin formalaşdırılması mandatını parlamentə həvalə etdiyimi bildirmişəm. Ümid edirəm ki, dördüncü ardıcıl seçkilərin keçirilməsinə yol verməmək üçün parlament çoxluğu tez bir zamanda razılığa gələ biləcək”, – deyə Reuven Rivlin qeyd edib.

İsrail qanunlarına əsasən, bundan sonra parlament üzvləri 21 gün ərzində səs çoxluğu ilə hökuməti formalaşdırmaq cəhdi üçün 14 gün vaxt veriləcək deputatı prezidentə təqdim etməlidir. Əgər parlament həmin müddət ərzində dayanıqlı Nazirlər Kabinetini formalaşdıra bilməsə, İsrail 90 gündən sonra üçüncü və 2019-cu ilin aprel ayından bu yana dördüncü təkrar seçkilərə gedəcək.

2019-cu il sentyabrın 17-də keçirilən ilk təkrar seçkilərin nəticəsinə əsasən, Netanyahu və Hans növbə ilə onlara təqdim olunan 28 gün ərzində hökuməti formalaşdıra bilməyib. Bundan sonra Prezident Reuven Rivlin Knessetin bütün üzvlərinə 21 gün ərzində hökuməti qurmaq şansı versə də, yenə nəticə əldə olunmayıb və martın 2-də yenidən seçkilər keçirilib.

2019-cu il aprelin 9-da keçirilən seçkilərin nəticəsinə əsasən, Binyamin Netanyahu Nazirlər Kabinetinin qurulmasında uğursuzluqdan sonra Knessetin özünü buraxması və sentyabrın 17-də İsrail tarixində ilk dəfə olaraq yenidən seçilməsi barədə qanunu parlamentdən keçirib.

Binyamin Netanyahu parlament seçkilərinin nəticələrinə əsasən, yeni kabinet formalaşana qədər İsrailin keçid hökumətinin rəhbəri olaraq qalır.

 

 

Gununsesi.org

COMMENTS