Müstəqil “High North News” nəşri Qrenlandiya dövlətinin rəsmilərinə istinadən bu ölkədə koronavitusa yoluxan bütün xəstələrin sağaldığı xəbərini yayıb.
Gununsesi.org-un məlumatına görə, əhalisinin sayı 57 min nəfəri ötən Qrenlandiyada koronavirus yayılandan bəri 11 şəxs bu virusa yoluxub. Kovid-19-a yoluxma son dəfə aprelin 4-də qeydə alınıb. Virusdan ölüm halı qeydə alınmayan bu adada Kovid-19-un yayıldığı ilk mərhələdə ölkə təxirəsalınmaz tədbirlər görərək riskləri miniuma endirə bilib. Ölkə boyu 900 nəfər üzərində test aparılıb və bəzi ərzaqların satışına qadağalar qoyulub.
Hazırda virusdan sağalan şəxslər evlərinə, normal həyatlarına dönüblər. 10 gündən çoxdur yeni yoluxma qeydə alınmayıb. Situasiya belə davam edəcəyi təqdirdə ölkə rəhbərliyinin mərhələ-mərhələ karantin şərtlərini yumşaldıb tezliklə qadağaları aradan qaldıracağı bildirilir. Artıq 15 aprel tarixindən Qrenlandiya məktəbləri şagirdlərin üzünə açılıb. Əhalinin müəyyən təbəqəsinin istəyini nəzərə alan bu ada dövlət alkoqollu içki satışını məhdudlaşdıran qanunun da qüvvədən düşdüyünü bəyan edib.
Gununsesi.org
COMMENTS