Bakıda mağaza və evlərdən oğurluq edənlər saxlanıldı

  • Müəllif: Firuzə
  • 16 Noyabr 2026 09:03

Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.

Gununesi.info  xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2620 manat dəyərində qızıl-zinət əşyasını oğurlayan mağazanın əməkdaşı Ş. Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlayan N. Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Gununesi.info