Mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Gununsesi.org-un məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
Gununsesi.org
COMMENTS