Lukaşenko Putinin əsəbləri ilə oynayır

Lukaşenko Putinin əsəbləri ilə oynayır

Rəsmi Minsk növbəti dəfə Kremlin qıcığına səbəb olacaq bir addım atıb. Bir müddət əvvəl bazar qiymətindən və konyukturdan asılı olaraq ABŞ, Səudiyyə Ərəbistanı kimi neft ölkələri ilə ticarət razılaşmalarının mümkün ola biləcəyini açıqlayan Belarus dövləti Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti ilə müqavilə bağlayıb.
Gununsesi.org-un məlumatına görə, Belarusun “Belneftexim” dövlət konserninin mətbuat katibi Aleksandr Tişenko deyib ki, pandemiya dövrünün kritik mərhələsi ötən kimi 11 may tarixinədək ilk partiyada 80 min tonluq neft tankeri Səudiyyə Ərəbistanından Belarusa yola düşəcək.
Xatırladaq ki, fevral ayında Belarus prezidenti Aleksandr Lukaşenko xarici ölkələrdən neft almağa, hətta bu mövzuda ABŞ və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazır olduğunu demişdi. Belarus ötən il Azərbaycandan da neft məhsulları almaq niyyətini açıqlamışdı.

Gununsesi.org

COMMENTS