Hindistanlı ixtiraçı sosial məsafəni qoruyan motosiklet düzəltdi –MARAQLI...

Hindistanlı ixtiraçı sosial məsafəni qoruyan motosiklet düzəltdi –

39 yaşlı adam artıq bu motosikletdə 8 yaşlı qızıyla sosial məsafəni qoruya bildiyini deyib.
Moderator.az xəbər verir ki, Hindistanın Tripura əyalətinin şimal-şərqində yerləşən Ağartala şəhərində yaşayan Parta Saha adlı sakin karantin rejimində maraqlı bir motosiklet düzəldib. Bir neçə ildir ki, motosiklet ehtiyat hissələri satdığını deyən Saha, adi motosikleti kəsərək arasına əlavə qurğular vurub və ön və arxa oturacaq arasındakı məsafəni uzadıb.
Saatda qırx kilometr sürətlə hərəkət edən motosiklet şəhər sakinlərinin  də diqqətini cəlb edib.
Qeyd edək ki, Hindistanda da koronavirus pandemiyası geniş yayılıb və buna görə ölkədə karantin rejimi elan edilib. Bu günə qədər 33 min 610 nəfər virusa yoluxub. 8 min 437 nəfər isə virusa qalib gəlib. 79 nəfər isə dünyasını dəyişib.

Gununsesi.org

COMMENTS