Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı

Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.
Gununsesi.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 148-ə yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb. Bundan başqa, indiyədək 977 nəfər koronavirusdan sağalıb.
Qeyd edək ki, aprelin 30-na olan məlumata görə, ölkədə bir gündə 134 yoluxma faktı, 2 ölüm qeydə alınmışdı.

Gununsesi.org

COMMENTS