Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

  • By ilhame
  • 27 Aprel 2024 19:30

Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.

Gununsesi.info