Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

  • By ilhame
  • 22 Aprel 2024 19:10

Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

Gununsesi.info-nun Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

Gununsesi.info