Bakı Dövlət Universitetində hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur

Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur.

Gununsesi.info xəbər verir ki, məlumata əsasən yeni təhsil ilindən SABAH qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.

Xatırladaq ki, SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.

Gununsesi.info