8 Noyabr prospektinin bağlanan hissəsi açıldı - VİDEO

8 Noyabr prospektinin bağlanan hissəsi sürücülərin istifadəsinə verilib.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Son mərhələ üzrə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunub.

Gununsesi.info