
Nəsimi rayonu ərazisindəki ünvanlarda İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən may ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilib.
Gununsesi.info xəbər verir ki, keçirilən səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 60-dan çox müraciət dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, binaların təmir olunması, mənzil növbəsinə götürülmə, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, küçə və həyətlərin işıqlandırılması, həyətlərdə mühafizə kameralarının və quraşdırılması, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olub.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilib.