Vəkil DİN rəhbərinə müraciət etdi - Çayxana adı altında əxlaqsızlıq yuvası saxlayırlar

  • By admin
  • 18 Dekabr 2022 19:01

Tanınmış vəkil  Bəhruz Bayramov DİN rəhbəri Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info bildirir ki, vəkilin bu müraciətinə səbəb onun yaşadığı ərazidəki binaların birinin altında çay evləri adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarıdır:

HTML tutorial

Nəsimi rayonu,  (Memar Əcəmi metrosu yaxınlığı-red.) Cavadxan küçəsində fəaliyyət göstərən əxlaqsızlıq obyektləri ilə bağlı öz Facebook hesabımda məlumat paylaşıb,bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının qanuni tədbir görməsini dəfələrlə xahiş etmişəm. Amma bu müraciətlərimə baxmayaraq, mənə heç bir köməklik göstərilmir.Deyilənlərə görə, bu obyektlər hansısa generala məxsusdur. Buna görə bu əxlaqsızlıq yuvasının qarşısını almağa heç kimin gücü çatmır.Burada yaşayan sakinlər deyirlər ki, prezidentə müraciət etsək də nəticə yoxdur. Nəzərinizə çatdırım ki, qeyd olunan ünvanda rəsmi insan alveri gedir”.

Onu da qeyd edək  ki, vəkil Bəhruz Bayramov adıçəkilən ünvanda fəaliyyət göstərən obyektlərin şəkillərini çəkən zaman obyekt sahibləri tərəfindən hədələnib.

 

Mətləb Yaqublu

Gununsesi.info