“Titanik”i görməyə gedənlərin hamısı öldü

ABŞ Sahil Mühafizəsi itkin düşən “Titan” batiskafının ekipajının öldüyünü təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurum tviterdə məlumat yayıb.

HTML tutorial

Qeyd edək ki, qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxmışdı. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi. “Titan” batiskafının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənmişdi.

Bir neçə dəqiqə əvvəl isə “Titanik”in batdığı yerin yaxınlığında “Titan” batiskafının axtarışı zonasında naməlum qırıqlar aşkar edilmişdi.

 

Gununsesi.info