Elm adamları kainatın ən uzaq qalaktikasında orqanik molekulllar təsbit etdilər

  • By arzu
  • 22 İyun 2023 17:23

Elm adamları Ceyms Veb teleskopundan alınan data bilgilərini analiz edərək Yer kürəsinə 12 milyard işıq ili uzaqlıqda olan SPT0418-47 adlı qalaktikada orqanik molekullar təsbit ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Science Daily”nin yazdığına görə, teleskop təsbit edilən və toz bulutları ilə örtülmüş olaraq təsvir edilən SPT0418-47 üzərində köklənib.

HTML tutorial

Araşdırmaçılar  həmin qalaktikada orqanik molekulların izlərini tapıblar.

Araşdırmaçılar analiz edərkən qalaktikadakı qazların ağır elementləri içində daşıdığını və bunun da bir çox ulduzun zaman içində yaranıb-yox olduğunu və təkrar yarandığını göstərdiyini vurğulayırlar.

 

Tərcümə: Arzu

Gununsesi.info