
Çin Fələstinli köçkünlər üçün maddi yardım ayıracaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin Fələstin ailələri üçün 1 milyon dollar pul yardımı ayırıb.
Bu barədə Çinin BMT-dəki Daimi Təmsilçisinin köməkçisi Qenq Şuanq açıqlama verib.
Şuanq Fələstin-İsrail probleminin ikidövlətli həlli üçün beynəlxalq ictimaiyyətin bu məsələni gündəmin ən üst sıralarında tutmalı olduğunu bildirib.
Tərcümə: Arzu Sayadoğlu