
Amerikada səfərdə olan Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Co Bayden arasında bir neçə anlaşma imzalanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasında ticarət, texnologiya, dəyərli minerallar, kosmos və müdafiə sənayesi sahələrində işbirliyi üçün rəsmi razılaşmalar əldə edilib.
Anlaşmalar çərçivəsində Çindən asılılığın azaldılması məqsədi ilə tədarük zəncirlərinin çeşidləndirilməsi hədəflənir.
Həmçinin Amerikanın Hindistan və Avstraliya kimi ölkələrlə müdafiə əlaqələrini gücləndirərək Hind-Sakit Okeanı bölgəsində Çinin yüksələn təsirini basdırmaq arayışında olduğu bildirilir.
Sözügedən anlaşmaların iki ölkə arasındakı əlaqələrdə yeni bir dönəmi başladacağı düşünülür.
Hindistanı “kritik ortaq” olaraq təsvir edən ABŞ Çinə qarşı Hindistanın strateji bir tarazlıq ünsürü olaraq mövqeləndirmək arayışındadır.
Tərcümə: Arzu