“Azəriqaz”ın əməkdaşı dəm qazından BOĞULDU

Goranboyda dəm qazından boğulma qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində baş verib.

HTML tutorial

Belə ki, kənd sakini Elşad Süleymanov evinin hamam otağında dəm qazından boğularaq ölüb.

Onun “Azəriqaz”ın Tikinti Departamentinin sürücüsü olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info