
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Gununsesi.info-nun xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səslənib.
Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Gununsesi.info