Ağdaşda fərdi yaşayış evi yandı

Ağdaşda yaşayış evində yanğın baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Ərəbocaq kəndində olub.

HTML tutorial

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Yusubova Ruhangiz Həsən qızına məxsus ümumi sahəsi 160 kv metr olan yaşayış evinin tavan hissəsinin 60 kv-i yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Gununsesi.info