
Almaniyada ant-islam aksiyasına hücum zamanı çoxsaylı bıçaq xəsarətləri alan 29 yaşlı polis məmuru dünyasını dəyişib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Alman mediası yazıb.
Məlumata görə, hücum nəticəsində Almaniyada radikal İslam əleyhinə kampaniya qrupu olan Pax Europa-nın təşkil etdiyi mitinqdə iştirak edən 5 nəfər yaralanıb.
Xatırladaq ki, cümə günü Almaniyanın cənub-qərbindəki Mannheim şəhərinin bazar meydanında bıçaqla silahlanmış şəxs hücum edərək bir neçə nəfəri yaralayıb.
Baş nazir Olaf Scholz olayla bağlı bunları deyib: “Bu dəhşətli hücumdan sonra polis məmurunun ölümündən dərin kədərlənirəm. Onun hamımızın təhlükəsizliyinə fədakarlığı ən yüksək qiymətə layiqdir”.
Yerli polisin verdiyi açıqlamada polis əməkdaşının hadisəyə müdaxilə etmək istəyərkən “başı nahiyəsindən bir neçə bıçaq zərbəsi aldığı” bildirilib.
Hücumdan dərhal sonra “təcili əməliyyat olunan və süni komaya salınan” polis məmurunun bazar günü “yaraları səbəbindən” öldüyü açıqlanıb.
Daxili işlər naziri Nensi Faeser verdiyi açıqlamada hücumun şərtlərini hərtərəfli araşdırmağa çağırıb. “Əgər araşdırmalar islamçı motivi aşkar edərsə, bu, islamçı zorakılıq aktlarının yaratdığı böyük təhlükənin növbəti təsdiqi olacaq”.
Maliyyə Naziri Kristian Lindner isə deyib: “Mən polis məmurunun ölümündən çox təsirlənirəm. Ölkəmizdə baş verənlər məni qəzəbləndirdi” dedi Lindner, “Biz özümüzü islamçı terrorizmdən qətiyyətlə müdafiə etməliyik və təhlükəsizlik orqanlarını da maliyyə cəhətdən gücləndirəcəyik”.
Afət Abbasova
Gununsesi.info