
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Gununsesi.info xəbər verir ki, ilk finalçı “Neftçi” ilə “Turan Tovuz”un duelində müəyyənləşəcək. Tovuzdakı oyunda 0:1 hesabı ilə yenilmiş “ağ-qaralar” həlledici oyuna vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qonaq komandanı isə heç-heçə də qane edir.
Digər yarımfinal matçında isə “Qəbələ” “Səbail”in qonağı olacaq. Qarşılaşma aprelin 27-də gerçəkləşəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
20:00. “Neftçi” – “Turan Tovuz”
Baş hakim: Fərid Hacıyev
İlk oyun – 0:1
Bakı, “Bakcell Arena”
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.
Gununsesi.info