“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Bakıda baş tutacaq “Formula-1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar görüşün keçiriləcəyi tarix və saat dəyişdirilib.

HTML tutorial

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da “Bakcell Arena”da təşkil olunacaq.

Gununsesi.info