
Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç keçirilib.
Gununsesi.info xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” komandaları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma “NTD-İndiqo”nun qələbəsi ilə yekunlaşıb – 92:83.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə “NTD-İndiqo” 95:79 hesablı qələbə qazanıb.
Gununsesi.info