AXCP fəalı həbs edilib

AXCP fəalı həbs edilib

Dekabrın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin fəalı Kənan Əzizli yerli məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada azadlıqdan məhrum edilib. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Kənan Əzizlini dekabrın 21-də qaldığı evdən zorla Sumqayıt şəhər Polis İdarəsinə aparıb. O, gecə polisdə saxlanılıb. Bu gün məhkəmə fəal bartədə polisə müqavimət ittihamı ilə inzibati həbs qərarı verib.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Gununsesi.org

 

COMMENTS