Xorvatiyada prezident seçkilərinin ikici turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin ikici turu keçiriləcək

Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç və ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç prezident seçkilərinin ikinci turunda iştirak edəcək.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, seçki bülletenlərinin 96%-nin sayılmasının nəticələrinə görə, Milanoviç 29,6%, Kolinda Qrabar-Kitaroviç 26,77%, müğənni və iş adamı Miroslav Şkoro isə 24,42 % səs toplayıb.

Beləliklə, namizədlərdən heç biri səslərin yarısından çoxunu (50% üstəgəl bir səs) toplamadığına görə seçkilərin ikinci turu baş tutacaq və burada Zoran Milanoviçlə Kolinda Qrabar-Kitaroviç mübarizə aparacaq.

İkinci tur yanvarın 5-nə planlaşdırılıb.

Gununsesi.org

COMMENTS