Kilian Mbappe ardıcıl ikinci dəfə Fransada ilin futbolçusu seçilib

Kilian Mbappe ardıcıl ikinci dəfə Fransada ilin futbolçusu seçilib

PSJ klubunun futbolçusu Kilian Mbappe “France Football” nəşrinə görə Fransada ilin ən yaxşı futbolçusu seçilib.

Gununsesi.org-un məlumatına görə, 21 yaşlı hücumçu açıqlamasında bildirib ki, insanlar onun dəyişdiyini düşünürlər: “Bu, belə deyil. Mən əvvəllər olduğu kimi komandama xeyir verməyə çalışıram. 17-18 yaşlarında oyunu öz üzərinizə götürməkdən qorxursunuz. Çünki hələ də heç nə göstərməmisiniz. İndi çox risk götürə bilərəm, çünki hər şeyi sübut etdim”.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildə də eyni mükafata layiq görülüb.

 

Gununsesi.org

COMMENTS