Mədət Quliyev generalı özünə MÜŞAVİR təyin etdi

Mədət Quliyev generalı özünə MÜŞAVİR təyin etdi

Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov  Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Unikal.org-a Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

Gununsesi.org

COMMENTS