Sahibkara 1 milyon dollar “atmış” Vilyam Hacıyevin oğlunun “Bentli”sini də tapıldı…

Sahibkara 1 milyon dollar “atmış” Vilyam Hacıyevin oğlunun “Bentli”sini də tapıldı…

2013-cü ildə İmişlidə inşaat işləri aparmış Omis şirkətinin sahibi Osman İsayev mənə İmişlinin icra başçısı Uilyam Hacıyevin əməlləri ilə bağlı şikayət etmişdi. Kiçik araşdırma aparıb müəyyən etdim ki, dahi Şekspirin İmişlidəki adaşı sahibkarlara 700 min manata yaxın vəsait atıb. Devalvasiyadan öncəki hadisələrdən nəql edirəm – 1 milyon dollardan artıq vəsaitdən söhbət gedirdi! Sahibkarlar öz şəxsi vəsaitləri hesabına rayonda abadlıq işlərini aparıblar, Uilyam müəllim də bu işlərə ayrılmış büdcə vəsaitlərini yumşaq desək çırpışdırmışdı)
Sonradan, Uyilyamın oğlunun Bentlisini də tapdıq…
İndi deyir ki, yataqxanada kirayədə qalır.. “Həyasızlıq – ikinci xəşbəxtlikdir”.
Eynulla Fətullayev, Haqqın.az və Virtualaz.org saytlarının rəhbəri

COMMENTS