Camal Kaşıkçıya görə 5 nəfər edam edilir

Camal Kaşıkçıya görə 5 nəfər edam edilir

Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı 5 nəfərə ölüm cəzası kəsib.

Bu barədə Gununsesi.org BBC-yə istinadən bildirir.

Hökumətin tanınmış tənqidçisi olan Kaşıkçı, Səudiyyə xəfiyyələrinin bir qrupu tərəfindən Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ötən il qətlə yetirilmişdi.

Səudiyyə prokuroru adları açıqlanmayan 11 nəfərin məhkəməyə cəlb olunduğunu bildirərək, bunun “icazəsiz əməliyyat” olduğunu deyib.

Bundan əvvəl isə, BMT mütəxəssisi Kaşıkçının İstanbulda qətlini “sanksiyasız edam” kimi qiymətləndirib.

BMT-nin xüsusi məruzəçisi Agnes Callamard qətllə bağlı vəliəhd Məhəmməd ibn Salmanın araşdırılmasına çağırıb.

Məhəmməd ibn Salman işə hər hansı aidiyyəti olmadığını deyib, lakin oktyabr ayında o, Səudiyyə lideri kimi tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

COMMENTS