Avstraliyanın Baş Naziri Skott Morrison ölkədəki meşə yanğınları zamanı ailəsi ilə bərabər Havay adalarına getdiyinə görə üzr istəyib.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
İctimaiyyətin narazılığı fonunda Morrison məzuniyyətini yarımçıq qoymaq və Avstraliyaya qayıtmaq məcburiyyətində qalıb.
Baş Nazir onun ünvanına deyilən tənqidi sözləri qəbul etdiyini bildirib.
Qeyd edək ki, meşə yanğınları səbəbindən Avstraliyada bir milyon hektardan çox meşə məhv olub. Həmçinin insanlar ölüb və yaşayış evləri yanıb.
Gununsesi.org
COMMENTS