Prezident İlham Əliyevin yerli icra hakimiyyəti orqanları və digər hökumət strukturları qarşısında vətəndaşlara dair tələbləri ictimaiyyət tərəfindən böyük məmnunluqla qarşılanmaqdadır.
Qanunsuzluqlara yol verən bəzi icra başçılarının həbsi isə digərləri üçün ciddi siqnal sayılmalıdır. Artıq bunu dərk edən bəzi rayon rəhbərləri qapı-qapı gəzərək vətəndaşların qayğılarını öyrənir. Ancaq deyəsən Nəsimi rayon icra hakimiyyətinin başçısı və onun tabeçiliyindəki adamlar “qış yuxusu”ndadır. Belə olmasaydı Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yəhyayev əlində vətəndaşın mülkiyyətində olan “Çıxarışlı” torpaq sahəsində zibil qutuları üçün hasar çəkdirməzdi. Öz aləmində guya səliqə-səhmana diqqətlərini ifadə edən Elman Yəhyayev zibilxana üçün yeri görməzdən gəlir. Bu qanunsuzluğa edən hüquqşünası isə “razborka”ya çağıran qurum rəhbərliyi ona xatırladılan qanunlara əhəmiyyət vermir. Məsələ ilə bağlı E.Yəhyayevə müraciət edən əməkdaşımız isə onun rabitəsiz, arqumentə və qanuni əsaslandırmaya söykənməyən dağınıq fikirlərini eşidib.
Məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətinin də mövqeyini işıqlandırmağa çalışacağıq.
Gununsesi.org
COMMENTS