ABŞ bu prezidentin ailəsinə sanksiya tətbiq etdi

ABŞ bu prezidentin ailəsinə sanksiya tətbiq etdi

 

ABŞ hökuməti Nikaraqua Prezidenti Daniel Orteqanın oğlu Rafael Antonio Orteqa Murilyoya qarşı sanksiya tətdbiq edib.

Gununsesi.org  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yazılıb. Vaşinqton sanksiya siyahısına Rafael Antonionun nəzarət etdiyi 3 şirkəti də daxil edib. Prezidentin oğlu çirkli pulların yuyulmasında ittiham olunur.

 Bununla da Rafaelin ABŞ-dakı bütün hesabları dondurulub və Amerika vətəndaşlarına onun rəhbəri olduğu şirkətlərlə biznes əlaqələri qurmaq qadağan edilib.
Gununsesi.org

COMMENTS