Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,1% təşkil edib

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,1% təşkil edib

Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına keçirilən seçkilərdə seçicilərin ümumi fəallığı 71,1% təşkil edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Seçkilər majoritar sistemə uyğun keçirilib, 50 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.

Qalib gəlmək üçün namizədlər öz dairələrində səslərin 50% -dən çoxunu toplamalıdırlar.

Seçkilərdə “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edib.

Qeyd edək ki, Özbəkistanda parlament seçkilərində səsvermə başa çatıb. MSK-nın məlumatına görə, bu dəfə Özbəkistanın vahid elektron seçici siyahısına 20,5 milyondan çox vətəndaş daxil edilib. Xaricdə yaradılan seçki məntəqələrində isə təxminən 1,7 milyon seçici adı əlavə edilib. Seçkilər üçün 10 306 seçki məntəqəsi fəaliyyət göstərib ki, onlardan da 55-i 30-dan çox ölkədə olub.

 

 

Gununsesi.org

COMMENTS