Azərbaycanlı deputat Bakının ən məşhur hotelində oğluna dəbdəbəli toy etdi –Çoxsaylı müğənnilər, tanınmışlar... - VİDEO

Azərbaycanlı deputat Bakının ən məşhur hotelində oğluna dəbdəbəli toy etdi –

Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib.

Gununsesi.org–un Demokrat.az-a istinadən məlumatına görə, mərasim paytaxtın ən prestijli otellərindən biri “JW Marriott Absheron Baku”da təşkil olunub.

Şəkinin deputatının oğlu Orxan Feyziyev Pınar adlı xanımla ailə həyatı qurub.

Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak ediblər.

Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar.

Onların dəbdəbəli nişan mərasimi “Four Seasons Hotel Baku” otelində baş tutmuşdu.

 

COMMENTS